BMT baş katibindən HİZBULLAHA ÇAĞIRIŞ

Baxış sayı:
7621

BMT baş katibi Antonio Guterres, Hizbullahdan Livan daxilində və xaricində hərbi fəaliyyətlərinə son verməsini istəyib.
 
BMT baş katibi Antonio Guterres, “Associated Press” agentliyinin ələ keçirdiyi BMT Təhlükəsizlik Şurasına təqdim olunan hesabatda, Livanda ən ağır silahlı milis hərəkəti və siyasi partiya Hizbullahı tənqid edərək qrupa ölkə içində və xaricində hərbi fəaliyyətlərini dayandırması çağırışı etdi.
 
BMT-nin baş katibi, Hizbullahın Livan vətəndaş müharibəsini sona çatdıran Taif Müqaviləsini və bütün Livanlı milislərin tərksilah olunmasına göstəriş verən BMT Təhlükəsizlik Şurasının qərarını yerinə yetirməyən qrupun, Suriya vətəndaş müharibəsinə yönəlik Livanın regional məsələlərdə bitərəflik siyasətini pozduğunu dilə gətirib.
Guterres hesabatda, Livan hökuməti və silahlı qüvvələrini, "Hizbullahın və digər bütün silahlı qrupların, silah təmin etmələrinin və paramilis güc təşkil etmələrinin qadağan edilməsi üçün lazımi bütün tədbirləri görməyə dəvət edərək "Demokratik bir dövlətdə, siyasi partiyanın ölkəni müharibəyə aparacaq gücə malik olması, digər tərəfdən dövlətin demokratik, inzibati qurumlarında hesab vermə məcburiyyəti olmayan milis qüvvələrinin fəaliyyətini davam etdirməsi əsas bir anormallıq olaraq ortadadır " deyə, bildirib.
Müxalifət.az