BMT-dən Afrin açıqlaması: “YPG ƏNGƏL OLUR”

Baxış sayı:
4411

BMT baş katibinin sözçüsü Dujarric, "yerli rəsmilər" şəklində xarakterizə etdiyi terror təşkilatı YPG/PKK-nın mülki əhalinin Afrindən çıxışını əngəlləməyə davam etdiyini deyib.
 
Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarric, Afrində terror təşkilatı YPG/PKK-nın təhlükəsiz yerlərə getmək istəyən mülki əhalini əngəlləməyə davam etdiyini bildirib.
Dujarric, Anadolu Agentliyi müxbirinin məsələyə dair sualına verdiyi açıqlamada, “Yerli rəsmilər hələ də kimsənin çıxmasına icazə vermir. Yerli rəsmilərlə birbaşa təmasımız yoxdur, amma insanların sərbəst ayrılması son dərəcə mühümdür” deyib.
 
İNDİYƏ QƏDƏR 5 MİN ADAM BÖLGƏDƏN AYRILDI
 
Dujarric, indiyə qədər 5 min adamın bölgədən ayrıldığını ifadə edib.
BMT Humanitar İşlər Üzrə baş katibin müavini Mark Lowcock da ötən həftə yerli rəsmilər şəklində xarakterizə etdiyi terror təşkilatı PYD/PKK-nın mülki əhalini nəzarət nöqtələrində dayandırdığını və daha təhlükəsiz yerlərə getmələrinə mane olduğunu bildirmişdi.
Müxalifət.az