BMT-dən dəhşətli SURİYA HESABATI

BMT-nin Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyasının yeni hesabatında, Əsəd rejiminə bağlı qüvvələrin və müttəfiq milislərin ölkədəki müxalif qadın, qız və kişilərə təcavüz edərək müharibə cinayəti işlədiyi bildirilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyanın yeni hesabatında Suriyada Əsəd rejiminə bağlı qüvvələrin və müttəfiq milislərin müxalif qrupları cəzalandırmaq üçün qadın, qız və kişilərə təcavüz və cinsi istismar edərək müharibə cinayəti ilə insanlığa qarşı cinayətlər törətdiyi qeyd olunub.
Komissiya, Suriyada 2011-ci ilin mart ayında başlayan vətəndaş müharibəsinin 7-ci ildönümü ilə bağlı “Suriyada cinsi və ictimai genderə əsaslanan zorakılıq" başlıqlı hesabatında, Əsəd rejimi və havadarlarının qız, qadın, kişi və hətta erkək uşaqlara qarşı tük ürpətici cinsi təcavüzlərinə yer verilib.
Məcburi köçkün qadın və qızlar təcavüz qorxusu ilə hamama getməkdən qorxurlar
PYD/PKK-nın örtük təşkilatı olan SDG döyüşçülərinin 2017-ci ildə kişi məhbusların cinsi orqanlarını yandırdıqlarını, təşkilatın nəzarətindəki düşərgələrdəki qaçqın qadın və qızların təcavüz qorxusu ilə hamama getməkdən çəkindiyi də hesabatda vurğulanıb. 29 səhifədən ibarət olan hesabat, Suriya vətəndaş müharibəsində zülmdən sonra həyatda qalan qurbanlar və qohumları, şahidlər, qaçqınlar, vəkillər və səhiyyə kadrları ilə edilən 454 müsahibəyə əsaslandırılıb.
Hesabatda, 2011-ci ildə xalqın ayağa qalxmasının başlanğıcından bu günə qədər, qadın, qız, oğlan və kişi uşaqlara qarşı cinsi zorakılığın ölkədəki davam edən bir problem olduğuna işarə edilərək, belə qeyd edilib:
Hökümət (rejim) qüvvələri və onunla birlikdə hərəkət edən İranlı milis qruplar, əməliyyatlarda, etirazçılar ilə müxalifləri həbs etmək üçün edilən ev basqınlarında qadın, qız və bəzən də kişilərə təcavüz və cinsi istismar həyata keçiriblər. Nəzarətindəki qadınlar və qızlar təcavüzkar və alçaldıcı axtarışlara, təcavüzə və bəzən də kütləvi təcavüzə məruz qalıblar. Kişi dustaqlar da təcavüzə məruz qalarkən cinsi orqanları yandırılıb, genital əlilliklər yaşayıblar".
Rejim və müttəfiqləri müharibə cinayəti törədir
Hesabatda, 11 yaşlı erkək uşaqların belə rejim qüvvələri tərəfindən təcavüz, cinsi işgəncə və alçaltma kimi bir sıra cinsi zorakılığa məruz qaldığı, məhbusların ilk olaraq həbsxanalara aparılanda digər məhkumların qarşısında çılpaq ayaq üstdə tutulduğu qeyd olunub. Bundan başqa, hesabatda, qadın və kişilərə qarşı cinsi zorakılığın rejim qüvvələrinin bir danışdırma metodu kimi tətbiq olunduğuna diqqəti çəkilib.
Əsəd rejiminə bağlı qüvvələrin və müttəfiq milislərin müxalifəti, xalqı cəzalandırmaq və zorla danışdırmaq üçün cinsi istismar və zorakılıq tətbiq etdiyinin qeyd edildiyi hesabatda, görülən bütün bu aksiyaların müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törədilən cinayətlər arasında olduğu xəbərdarlığı edilib.
Müxalifət.az