BMT-dən müsəlmanlarla bağlı ŞOK QƏRAR
27-08-2018 12:42
Baxış sayı:
2863

Birləşmiş Millətlər Təşkilatı Myanmarda ordu generallarının arakanlı müsəlmanlara qarşı soyqırım aktı törətdikləri üçün Beynəlxalq Cəza Məhkəməsində mühakimə olunması tələbi ilə çıxış edib.
Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, Arakanda yaşananları soyqırım aktı kimi tanıyan BMT Kaçin və Şan bölgələrində insanlığa qarşı törədilən əməllərin araşdırılmasını və təqsirlilərin mühakimə edilməsini tələb edib.
BMT Myanmar baş qərargah rəisi Min Aunq Hlainq və bir çox vəzifəli generalların arakanlı müsəlmanlara qarşı soyqırım törətdiklərini bəyan edib.