BMT-dən xəbərdarlıq: Müharibə astanasındayıq!

Baxış sayı:
8632

Yaxın Şərq sülh prosesi üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi koordinatoru Nikolay Mladenov, “Qəzzada fəlakətə səbəb ola biləcək təhlükəli bir gərginliklə üzləşə bilərik. Son iki gündə baş verənlər müharibənin astanasında olduğumuzu göstərdi” deyə xəbərdarlıq edib.
 
BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Mladenov Qəzza Zolağında artan gərginliyə diqqət çəkərək həm Fələstində, həm də İsraildə və bölgədə dağıdıcı nəticələrə səbəb olacağını deyib.
Fələstinlilərə və İsrailə maksimum etidallı davranma çağırışı edən Mladenov, "Qəzzada bir daha fəlakətə səbəb ola biləcəyi təhlükəli bir qəza ilə üzləşə bilərik” deyə xəbərdarlıq edib.
Mladenov Qəzzadan İsrailə atılan raketlərin dayandırılmasının lazım olduğunu vurğulayaraq İsrail təhlükəsizlik güclərinə də etidal çağırışı edib.
Qeyd edək ki, Qəzzadan atılan raket dünən səhər Tel Əvivin şimalındakı Şaron bölgəsindəki bir evə düşüb, burada yeddi nəfər yaralanıb. Buna görə İsrail hökuməti Qum Kerm Əbu Salim və Beyt Hanun (Erez) sərhəd qapılarını bağlayıb.
Müxalifət.az