​Bolt Maradonanın komandasına transfer edilir?

Baxış sayı:
8890

Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt futbolçu karyerasını Meksikada davam etdirə bilər.
Muxalifet.az xəbər verir ki, argentinalı əfsanəvi futbolçusu Dieqo Maradonanın baş məşqçilik etdiyi "Dorados de Sinaloa" klubu 32 yaşlı idmançı ilə müqavilə imzalamağa hazırdır.
Qeyd edək ki, Useyn Bolt Avstraliyanın "Sentral Kost Mariners" futbol klubunun düşərgəsində yer alsa da müqavilə şərtləri ilə razılaşmayıb və komandadan ayrılıb. O, daha öncə Maltanın "Valletta” klubunun da təklifini rədd edib.