​"Borc almasaz, əməkdaşlıq olmayacaq" - AZƏRBAYCANA TƏLƏB

Baxış sayı:
1981

Ölkələr var ki, borc almasaq, bizimlə əməkdaşlığa getmir. Onlardan avadanlıq almağımızı istəyirlər.
Muxalifət.az xəbər verir ki, bu sözləri millət vəkili Ziyad Səmədzadə Milli Məclisdə 2017-ci il büdcənin icrası barədə danışarkən bildirib.
Millət vəkili vurğulayıb ki, xarici borca görə dünyanın bir çox ölkələrindən geridə qalırıq: “Bunlar hamısı vacib elementlərdir. Biz buna getməliyik. Ona görə borc almağa məcburuq. Dövlətin xarici borc, xarici borclanma siyasəti var. Bu, Prezidentin bilavasitə nəzarətində olan məsələdir. Hazırda hökümətə borclanma siyasəti ilə bağlı layihə hazırlanması tapşırılıb”.