Böyükağa Hacıyev VƏFAT ETDİ
16-03-2018 12:25
Baxış sayı:
3235

“Neftçi”nin keçmiş baş məşqçisi Böyükağa Hacıyev vəfat edib.
APA-nın məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən mütəxəssis bu gün dünyasını dəyişib.
Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan Hacıyevın durumu get-gedə pisləşirdi. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra “Medical Plaza”ya köçürülmüşdü.
Ürəyinin fəaliyyəti getdikcə zəifləyən və beynində şiş olan Böyükağa Hacıyev bu gün vəfat edib.