Bu azərbaycanlılar futbol üzrə dünya çempionatını izləyə bilməyəcəklər- SİYAHI

Baxış sayı:
2353

Rusiya DİN bu ölkədə keçiriləcək dünya çempionatında arzuolunmaz azarkeşlərin siyahısını dərc edib.
Muxalifət.az-ın Rusiya DİN-in rəsmi saytına istinadən məlumatına görə, siyahıda müxtəlif ölkələrdən 453 nəfərin adı var. “Arzuolunmazlar”ın siyahısına bu azərbaycanlıların da adı düşüb. Bunlar Əzizbəyov Rüstəm Zükfüqar oğlu, Əliyev Eldar Vaqif oğlu və Yolçuyev Cabbar Şəmistan oğludur.
Siyahıda olanlar bu ilin noyabrına qədər Rusiyada keçirilən heç bir idman tədbirinə buraxılmayacaqlar.