​“Bu gedişlə bizi ayaq üstə dəfn edəcəklər ki, “ekonomiya” olsun” – BÜLBÜLƏ SAKİNİ İCRA BAŞÇISINA MÜRACİƏT ETDİ

Baxış sayı:
8128

Bülbülə qəsəbəsi sakini Nağı Allahverdi Əli oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Bakı şəhəri, Suraxanı rayonunun icra başçısı Əziz Əzizova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə müraciət edən şikayətçi yazır:
“Nəzərinizə çatdırım ki, Bülbülə qəbiristanlığında məzar yerləri artıq bu gedişlə əlçatmaz olacaq. Səbəb oradakı “sehrli əllərin” mövcudluğudur. Xeyriyyəçilik donu geydirib, yerləri kimə və necə gəldi verirlər. Baxıram, bu gedişlər ya mən özümə məzarlıq yeri tapa bilməyəcəm, ya da bizi ayaq üstə dəfn edəcəklər ki, “ekonomiya” olsun.
Bütün bunları nəzərə alaraq Sidən xahiş edirəm ki, mənə sərəncamla qəbiristanlıqda məzar yeri verəsiniz. Həmin sərəncam əsasında “Əmlak Komitəsi”nə müraciət edib, mənə ayrılan yeri özəlləşdirim ki, bəlkə, özəl olduğuna görə yerimi satmasınlar. Həm də mən pulu hansısa möhtəkirə deyil, dövlət büdcəsinə ödəyərəm ki, xeyrim dəysin.
Umid edirəm ki, müraciətimə müsbət cavab verəcəksiniz. Ona görə də Sizə əvvəlcədən minnətdarlığımı bildirirəm”./Hurriyyet.az