​Bu görüş bölgənin taleyini müəyyən edəcək - TARİX AÇIQLANDI

Baxış sayı:
5602

Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə üçtərəfli sammit aprelin 4-də İstanbulda keçiriləcək.
Muxalifət.az xəbər verir ki, bu haqda diplomatik mənbəyə istinadən “Milliyət” qəzeti bildirib.
Xatırladaq ki, Rusiya, İran və Türkiyənin liderləri - Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan 2017-ci il noyabrın 22-də Soçidə görüşüblər. Sammitdə əsas müzakirə mövzusu Suriya böhranının siyasi nizama salınması və terrorizmlə birgə mübarizə olub.
2018-ci il yanvarın 30-da Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsi bu prosesdə növbəti addım oldu. Tədbirin iştirakçıları konstitusiya şurasının yaradılması, həmçinin konstitusiya komissiyasının formalaşması haqqında qərar qəbul ediblər.