​Bu gün XV Avropa Gənclər Yay Olimpiya Festivalı başa çatır

Baxış sayı:
6316

Bu gün Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalına (EYOF) yekun vurulacaq. Son yarış günündə Azərbaycan idmançıları 5 idman növündə mübarizə aparacaqlar. Axşam saat 20:30-da EYOF-un bağlanış mərasimi təşkil olunacaq. Qeyd edək ki, Azərbaycan idmançıları medal sıralamasında 10 qızıl, 7 gümüş, 6 bürünc medalla ikinci yerdədir. 25 qızıl, 14 gümüş və 19 bürünc medal əldə edən Rusiya siyahıya başçılıq edir.