Bu iki rayona qaz verilmir - Foto
25-07-2019 19:22
Baxış sayı:
6469

Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.
"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Bununla əlaqədar olaraq, saat 13:10-dan etibarən, təqribən, 2500 abonentin qaz təchizatı dayandırılıb.
Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar, nəticədə 85 abonentin qaz təchizatı dayandırılıb.