Bu istiqamətdə "BakuBus"dan istifadə PULSUZDUR
5-06-2018 16:45
Baxış sayı:
4174

Azneft Meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edən “BakuBus” avtobuslarından istifadə pulsuzdur.
Bu barədə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətindən məlumat verilib.
Məlumatda bildirilib ki, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft Meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir.
Vətəndaşlar 5-6 iyun tarixlərində saat 7:00-dan 15:50-dək, 7 iyun tarixində saat 8:00-dan 15:50-dək, 8-9 iyun tarixlərində isə saat 15:00-dan 00:40-dək “BakuBus” avtobuslarından istifadə edə bilərlər.