​Bu ölkə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir

Baxış sayı:
11166

Serbiya Azərbaycan ndaşları üçün viza rejimini ləğv edir.
 
Muxalifət.az Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Serbiyaya səfər edən Azərbaycan vətəndaşları üçün viza rejimi iyunun 2-də ləğv ediləcək.
 
Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç ötən həftə Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.