Bu ölkədə hərbi helikopter qəzaya uğradı: ölənlər var
25-05-2019 20:39
Baxış sayı:
2869

Meksikanın Jalpan de Serra bölgəsində hərbçiləri daşıyan helikopter qəzaya uğrayıb. Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində helikopterdəki 6 nəfər həlak olub. Yanğınsöndürmə fəaliyyətləri üçün bölgəyə nəzarət edən Mi-17 tipli helikopterin Meksika Dəniz Qüvvələrinə aid olduğu bildirilib. Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.