Bu ölkədə zəlzələdə həlak olanların sayı artdı: 10 ölü
26-02-2018 21:51
Baxış sayı:
4669

Papua-Yeni Qvineyada baş verən zəlzələ nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
Muxalifet.az xəbər verir ki, yeraltı təkanlar fevralın 26-da yerli vaxtla saat 03:44-də Porqera şəhərindən 89 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı yer səthindən 35 kilometr dərinlikdə yerləşib.
Regionda bir sıra avtomobil yolları və çaylar torpaq sürüşmələrinə məruz qalıb, çox sayda ev dağılıb. Bu səbəbdən həlak olanların sayının daha da artacağı gözlənilir.
Zəlzələdən zərər çəkən rayonlara xilasedicilər və hərbçilər göndərilib.
Qeyd edək ki, Papua-Yeni Qvineyada 7,5 maqnitudalı zəlzələ baş verib.