Bülletenlərin saxlanıldığı anbar yandı - Müəmmalı olay
10-06-2018 19:12
Baxış sayı:
1615

İraqın paytaxtı Bağdadda seçki bülletenlərini saxlanıldığı anbarda yanğın baş verib. Muxalifet.az xəbər verir ki, bu barədə “Əl-Sumariyə” məlumat yayıb. Bildirilib ki, əraziyə İraq Mülki Müdafiə Qüvvələri cəlb edilib və yanğını lokalaşdırmağa çalışır. Qeyd edək ki, mayın 12-də ölkədə parlament seçkiləri baş tutmuşdu və bülletenlər xüsusi anbarlarda saxlanılırdı.