​Bunun uğursuz olduğunu düşünmürsünüz? - Rusiya

Baxış sayı:
4861

ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyertin Şərq Qutadakı humanitar yardımla bağlı Astana prosesinin uğursuz olduğunu söyləməsi əsassız, qərəzli və təəccüblüdür.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyindən bəyanat verilib.
"Bu qərəzli sözlər yalnız heyrətlə qarşılana bilər. İllər keçməsinə baxmayaraq, Suriyadakı sabitliyin bərqərar olması üçün heç bir əhəmiyyətli mərhələyə nail olmayan Cenevrə danışıqlarının uğursuz olduğunu düşünmürsünüz?", - səfirliyin bəyanatında bildirilib.