​Bütün Dağıstan bu adamı axtarır: AZƏRBAYCANA KEÇƏ BİLƏR

Baxış sayı:
6697

Dağıstan respublikasının tibbi-sosial baş bürosunun sədri Məhəmməd Maxaçev axtrışa verilib.
Muxalifət.az musavat.com-a istinadən xəbər verir ki, o rüşvət almaqda və korrupsiyada ittiham edilir. Bu səhər həbsi barədə orderlə onun evinə gələn polislər Maxaçevi tapa bilməyiblər. Məlum olub ki, o, az öncə doğma kəndi olan Qindibə gedib.
Operativ qrup dərhal Qindibə yollansa da, Maxaçevi orada da tapa bilməyiblər. Qindib ətrafında və ətraf meşələrdə postlar qurulub.
Dağıstan polisi onun Azərbaycana keçə biləcəyini də istisna etmir.