​"Bütün ölkələr bizi aldatdı" - Tramp

Baxış sayı:
4304

Polad və alüminium idxalına qarşı əlavə gömrük vergisinin tətbiqi ilə bağlı qərarımızdan geri çəkilməyəcəyik.
 
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Netanyahu ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında jurnalistlərin sualını cavablandıran ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ-ın ticarətdə bütün ölkələr tərəfindən aldadıldığını bildirən Tramp bu sözləri qeyd edib: "İnsanlar bunu anlamaq məcburiyyətindədir. Ölkəmiz ticarətdə dünyadakı bütün ölkələr tərəfindən aldadıldı. Dost olsun, düşmən olsun, hər kəs bizi aldatdı - Çin, Rusiya, çox yaxşı münasibətdə olduğumuzu düşündüyümüz Avropa Birliyi də. Onlarla iş qura bilmirik, çünki buna imkan vermirlər, gömrük tariflərindən daha pis ticarət baryerləri var".
Qeyd edək ki, ABŞ-ın Avropadan polad və alüminium idxalına qadağa qoyması ABŞ-AB arasında ciddi narazılıqlara səbəb olub. Tramp ötən gün AB-nin cavab tədbirləri barədə açıqlamasına reaksiyasında "Avropa istehsalı olan avtomobillərin idxalına da vergi tətbiq edərik" hədəsi ilə cavab vermişdi.