Çavuşoğlu, ABŞ-lı həmkarı Pompeo ilə GÖRÜŞÜR
4-06-2018 16:38
Baxış sayı:
7471

ABŞ-a gedən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə həmkarı Pompeonun Münbiç mövzusunda görüşü başlayıb.
Vaşinqtonda Türkiyə-ABŞ münasibətləri baxımından kritik bir görüş başlayıb. Xarici işlər Naziri Mövlud Çavuşoğlu, ABŞ-lı həmkarı Mayk Pompeo ilə bir araya gəlib. Görüşün əsas müzakirə mövzusu Münbiç olacaq.
MASADA BAŞQA MƏSƏLƏLƏR DƏ VAR
Ankara-Vaşinqton xəttində, Fətullah Gülənin ekstradisiyasından, ABŞ-ın YPG və Qüds siyasətinə qədər bir çox mövzuda münasibətlər gərgindir.
Bu kritik prosesdə xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo ilə bir araya gəlib.
Müxalifət.az