Çavuşoğlu Münbiç ÜÇÜN TARİX VERDİ

Baxış sayı:
8410

İştirak etdiyi bir televiziya kanalında gündəmə dair açıqlamalar verən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, “YPG yayın sonuna qədər Münbiçdən çəkiləcək” - deyib.
 
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, bir televiziya kanalında sualları cavablandırıb. S-400 raket sistemlərindən tutmuş ABŞ-dan alınacaq F-35 təyyarələrinə qədər  gündəmdə olan məsələlərə münasibət bildirən Çavuşoğlu, “YPG yayın sonuna qədər Münbiçdən çəkiləcək. YPG-nin çəkilməsinə Türk və ABŞ əsgərləri birlikdə nəzarət edəcəklər. Kəşfiyyatımız da bu işin içində olacaq” deyib.
Müxalifət.az