Çavuşoğludan jurnalistə SƏRT CAVAB - Astana sammitində GƏRGİNLİK

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı və iranlı həmkarı ilə birlikdə iştirak etdiyi Astana sammitində önəmli açıqlamalar verib.
Muxalifət.az xəbər verir ki, nazir Şimali Qutada yaşayan mülki əhaliyə zərər vurmamaq üçün birbaşa olaraq terrorçuların hədəf alınmasının önəmli olduğunu vurğulayıb.
“Hələb ssenarisinin təkrarlanmaması üçün əlimizdən gələni etməkdə qərarlıyıq. Terroçuları yox etmək üçün dinc sakinləri öldürmək goğru bir strategiya deyil. Şimali Qutada insani dram var. Rusiyanın cəhdlərini təqdir edirik, ancaq bu, yetərli deyil. Suriya xalqına yardımı davam etdirməliyik.
Sadəcə Şimali Qutada deyil, Fəratın şərqi daxil olmaqla, Afrində də dinc sakinlərə qarşı eyni həssaslığı göstəririk. Terrorçuların İdlibə getməsinə qarşıyıq. Çünki orada da bizim üçün təhdid olacaqlar”, - deyə Çavuşoğlu bildirib.
Sammitdəki mətbuat konfransında bir jurnalist Çavuşoğluna “Zeytun budağı” və İsveçrədə FETÖ terror təşkilatı ilə əlaqəsi olan bir iş adamının qaçırılması ilə bağlı sual ünvanlayıb. Ancaq nazir bu sualı sərt reaksiya ilə qarşılayıb. Jurnalist Çavuşoğlundan Afrin hərəkatının Suriyanın suverenliyinə təhlükə olub-olmadığını və FETÖ ilə bağlantısı olan biznesmenin qaçırılma olayına türkiyəli diplomatların müdaxilə edib-etmədiyini soruşub. Çavuşoğlu isə cavabında “sizi bir az FETÖ-çü kimi gördüm. FETÖ ağzı ilə soruşulan sullara cavab vermirəm. Afrin mövzusunda isə açıqlamalar verdik” deyib.