Çavuşoğlu:"Türkiyə xalqı ABŞ-ı İncirlik aviabazasında görmək istəmir"
30-05-2018 18:24
Baxış sayı:
9766

“Türkiyə xalqı ABŞ-ın İncirlik aviabazasında mövcudluğunu istəmir”
Muxalifət.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlunun sözlərinə görə, buna səbəb Vaşinqtonun Ankara ilə münasibətdə həyata keçirdiyi qeyri-səmimi siyasətdir.
Nazir qeyd edib ki, ABŞ Türkiyə kimi müttəfiqi itirməməlidir.
M.Çavuşoğlu ABŞ-ın səhv addımlardan geri dönəcəyinə ümid etdiyini deyib:
“Amma əgər ümidlərimiz doğrulmasa, Türkiyə öz gücünü göstərə bilər”.