Çexiyanın terrorçubaşını buraxmasına TÜRKİYƏDƏN İLK KƏSKİN REAKSİYA

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ, Çexiya məhkəməsinin terrorçubaşı Saleh Müslimi sərbəst buraxmaq qərarına kəskin reaksiya göstərib.
Baş nazirin müavini Bəkir Bozdağ, Çexiya məhkəməsinin keçmiş PYD həmsədri Saleh Müslimi azad etməsilə bağlı, "Verilən qərar beynəlxalq hüquqa ziddir. Bu qərar Çexiya ilə münasibətləri təsir edəcək. Bu qərar terrora çox dəqiq dəstək qərarıdır" deyib. Ankarada jurnalistlərə açıqlama verən baş nazirin müavini və hökumət sözçüsü Bozdağ bunları deyib:
“Bu cür qərarlar hüquqla izah edilməyəcək çox dəqiq siyasi qərarlardır. Türkiyəyə qarşı edilən terror fəaliyyətlərinə dəstək qərarıdır. Türkiyə üçün təəccüblü bir qərar olmayıb. Hüquqa riayət edilsəydi ekstradisiya edilmək üçün müvəqqəti həbs olunmasına qərar verilirdi. Hüquq var, amma hüquqa riayət edən yoxdur".
Bozdağ, "Bu cür qərarlar bizim üçün sürpriz deyil. Çünki AB üzvü ölkələrin bu məsələdə Türkiyəyə baxışları və Türkiyə əleyhinə terror fəaliyyəti davam etdirənlərə münasibətləri ortadadır" deyə, söyləyib.
Bozdağ, "Terror təşkilatlarının öldürdükləri Türk vətəndaşı olarsa və ya Müsəlman olarsa, o zaman onları öldürənlər terror təşkilatı sayılmır ki? Bir təşkilatın terror təşkilatı kimi qəbul edilməsi üçün təkcə Avropa İttifaqı üzvü olan ölkələrin və ya ABŞ vətəndaşlarından hər hansı birinə zərər verməsi şərtdirmi" deyə, ritorik sual edib.
Müxalifət.az