CHP namizədi İmamoğlu üçün PKK və FETÖ-dan ianə kampaniyası
29-05-2019 08:12
Baxış sayı:
4759

İstanbulun üzdə olan zənginlərindən olmasına baxmayaraq seçkidə ictimai fikri çaşdırmağa yönəlik CHP-nin İstanbul namizədi Əkrəm İmamoğlu üçün başladılan ianə toplama kampaniyası Avropaya uzadılıb. Almaniyada CHP NRW Birliyi "Əkrəm İmamoğlu Könüllüləri" başlığı ilə pul toplayır.
İstanbulda İmamoğluna maddi dəstək kampaniyası davam edərkən, seçkidə ona dəstək verəcəklərini bəyan edən PKK və FETÖ terror təşkilatları da hərəkətə keçib. CHP-nin xaricdəki təşkilatları vasitəsilə, xüsusilə Avropada PKK sempatizanı və FETÖ işçiləri İmamoğluna pul yığmaq üçün xüsusi proqram və tədbirlər təşkil edir.
Müxalifət.az