"CHP-nin MKİ ilə ƏLAQƏSİ VAR" – ŞOK İDDİA

Baxış sayı:
8812

Müxalif şəxsiyyəti ilə tanınan jurnalist Banu Avar, CHP ilə bağlı çox diqqətçəkən bir iddianı gündəmə gətirib. Avar, CHP-də MKİ ilə bağlı millət vəkillərinin olduğunu iddia edib.
 
CHP-yə zərbə bu dəfə gözləmədiyi yerdən gəlib. Müxalif çıxışları ilə tanınan jurnalist Banu Avar iştirak etdiyi bir TV proqramında CHP ilə bağlı diqqət çəkən bir iddianı dilə gətirib.
Avar, "Mən MHP və CHP-ni müxalifət olaraq görmürəm" - deyib.
CHP içərisində MKİ ilə əlaqəli millət vəkilinin olduğunu iddia edən Avar, "CHP-nin rəhbər heyətindəki bir çox insan Türk millətinə çox uzaqdır. Bunu görmək məni çox incidir. Çünki CHP heyətində çox istedadlı insanlar var" deyə, bildirib.
Banu Avar, CHP-li keçmiş millət vəkili Ayan Erdemir ABŞ-dan gələrək Demokratiyaları Müdafiə Fondunda ekspert olduğunu xatırladıb. Avar, bu fondun MKİ rəhbəri Mayk Pompeonun ən tez-tez çıxış etdiyi bir yer olduğunu bildirib.
Müxalifət.az