Çin, ABŞ-ın sualtı müharibə PLANLARINI ƏLƏ KEÇİRDİ

Baxış sayı:
3127

Çin hökumətinin hakerləri, Amerikalı rəsmilərin kompüterlərini “hakləyərək”, yüksək həssaslıq ehtiva edən sualtı döyüş fəaliyyətləri ilə bağlı məlumatları ələ keçiriblər.
 
“Vaşinqton Post”-un xəbərinə görə, Çin hökumətinin hakerləri, ABŞ rəsmilərinin kompüterlərinə virus yoluxduraraq , içərisində sualtı döyüş fəaliyyətləri ilə bağlı yüksək həssaslıq və əhəmiyyət daşıyan məlumatları ələ keçiriblər. Adı verilməyən bir Amerikalı səlahiyyətli, hakerlərin ələ keçirdiyi məlumatların, ABŞ sualtı gəmilərinin super sonik raket planlarını daşıdığını qeyd edərək, bəhs edilən təhlükəsizlik pozuntusunun ötən ilin yanvar və fevral aylarında baş verdiyi və Amerikan ordusu ilə FTB-nin məsələni araşdırmaq üçün bir istintaq başladığı da qeyd edilib. “Vaşinqton Post” və “Reuters” kimi media qurumları FTB və ordudan məsələ ilə bağlı açıqlama vermələrini istəmələrindən sonra isə ordu rəsmilərindən, bu mövzu əhəmiyyətli məlumatların ictimaiyyət üçün açıq bir şəkildə deyilməyəcək şəkildə məxfilik daşıdığı cavabı verilib. Çin səfirliyi, ABŞ rəsmilərinin kompüterlərinin ələ keçirildiyinə dair bir məlumatlarının olmadığını açıqlasa da, hakerlərin “Newport”-dakı hərbi bazada olan Sualtı Döyüş Mərkəzinin kompüterlərinə hücumda olduğu qeyd edilib.
Müxalifət.az