​ÇL-də FİNAL HƏYƏCANI: “Real” yoxsa “Liverpul”?

Baxış sayı:
715

Bu gün UEFA Çempionlar Liqasının qalibinin adı məlum olacaq.
Muxalifət.az xəbər verir ki, Kiyevin "Olimpiya" stadionunda baş tutacaq qarşılaşmada İspaniyanın "Real Madrid" və İngiltərənin “Liverpul” klubları üz-üzə gələcəklər.
 “Liverpul” klubunun heyətində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyəcək. "Real Madrid"də isə zədəli yoxdur.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.