Cəlilabadda 24 yaşlı qız itkin düşüb 7 AYDIR Kİ, - ONDAN XƏBƏR YOXDUR

Baxış sayı:
9601

Cəlilabad rayonunda gənc qız itkin düşüb.

"Report"un məlumatına görə, rayonun Üçtəpə kənd sakini, 1995-ci il təvəllüdlü Aytəkin Qəzənfər qızı Həbibova 16 dekabr 2018-ci ildə yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 160 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qonur, saçlarının rəngi qaradır.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin 025-245-52-19 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.