​Cocuq Mərcanlı məktəbində 100-dən çox şagird təhsil alacaq

Baxış sayı:
3295

Yeni tədris ilində Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd orta məktəbində 100-dən çox şagird təhsil alacaq.
Bu barədə azvision.az-a Cocuq Mərcanlı kənd orta məktəbin direktoru Zamin Əziyev məlumat verib. Onun sözlərinə görə, yeni dərs ilində 7 şagird birinci sinifə gedəcək.
“Məktəbdə 50 şagird təhsil alırdı. İkinci köçdən sonra məktəbə sənədlərini təqdim edənlərlə birlikdə şagirdlərin sayı 90-a çatıb. Köç davam edir və 24 ailənin gəlişi gözlənilir. Həmin ailələrdən gələn uşaqlarla birlikdə şagirdlərin sayı 100-dən çox olacaq. Artıq Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məktəbə 120 məktəbli forması verilib. Yeni tədris ilinə biz tam hazırıq”.