Con Boltondan kritik açıqlama: Hücumun arxasında İran var!

Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) quru ilə sərhəd sularının yaxınlarında Səudiyyə Ərəbistanının neft tankerlərinə təşkil edilən təxribat ilə əlaqədar açıqlama verən Con Bolton, hücum ilə əlaqədar İranı məsul tutub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanıya aid neft tankerlərinə təşkil edilən təxribatdan sonra ABŞ tərəfindən edilən açıqlamalarda da İran hədəf olaraq göstərilmişdi.
"Çox əhəmiyyətli regional təhlükəsizlik problemlərini" müzakirə etmək üçün BƏƏ-nə gedən Bolton, İran ilə hərbi qarşıdurma mesajı verib. İranı təhdid edən Bolton, "ABŞ-ın çox güclü cavablarıyla qarşı-qarşıya qalma riskini daşıyırsınız" deyib.
Səudiyyə Ərəbistanının neft tankerlərinə təxribat hadisəsi ilə əlaqədar açıqlama verən ABŞ Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton, tankerlərə edilən hücumun qəti olaraq Tehran tərəfindən edildiyini söyləyib.
"BƏƏ sularında təxribata uğrayan gəmilərdən qəti olaraq İran məsuldur. BƏƏ, Səudiyyə Ərəbistanı və ABŞ İranın bölgədəki fəaliyyətlərinə yönəlik rəftar mövzusunda eyni xəttdədir" deyən Bolton, ABŞ-dakı kimsənin bu hücumun arxasında İran olduğuna yönəlik şübhəsinin olmadığını söyləyib.
Qeyd edək ki, ABŞ Xarici İşlər naziri Mayk Pompeo da hücumun arxasında İranın olduğunu iddia edərək eyni ittihamları dilə gətirmişdi.
Ancaq İran bölgədəki sabitliyi qorumaq üçün hücumların araşdırılması lazım olduğunu vurğulayaraq iddiaları dəfələrlə rədd edib.
Müxalifət.az