Daha 50 nəfər Qarabağ əlilinə avtomobil verildi

Baxış sayı:
10330

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər Qarabağ müharibəsi əlilinə minik avtomobili təqdim edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir ki, avtomobillər Azərbaycanda istehsal olunmuş “Xəzər” markalı minik avtomobilləridir.

Avtomobillərin təqdim edilməsi tədbirində çıxış edən nazirliyin Aparatının rəhbəri Hidayət Abdullayev bildirib ki, 2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Cari ildə isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil verilib.

Bununla da indiyədək 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib.
Aparat rəhbəri 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edildiyini, cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcəyini də deyib.