Daha bir ölkə ABŞ-a QARŞI ÇIXDI

Hindistanın xarici işlər naziri, yalnız Birləşmiş Millətlər Təşkilatının sanksiyalarına riayət etdiklərini, ABŞ-ın İran sanksiyalarına riayət etməyəcəklərini deyib.
Hindistanın xarici işlər naziri Sushma Svaraj, Çin XİN rəhbəri Vanq Nahardan ilə görüşüb. Svaraj, Pekindəki görüşdə verdiyi açıqlamada ABŞ-ın İran sanksiyalarına riayət etməyəcəklərini deyib.
Hindli nazir, yalnız Birləşmiş Millətlər Təşkilatının sanksiyalarına riayət etdiklərini, öz mövqelərinin digər ölkələrdən asılı olmadığını bildirib. Hindistan və İranın iqtisadi münasibətlərinin yaxşı olduğu, Hindistanın əsas neft təchizatçılarının başında İranın durduğu qeyd edilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, İranla müqavilədən birtərəfli olaraq çəkilərək sanksiyaları yenidən tətbiq edib.
Müxalifət.az