Danimarka parlamentindən müsəlmanları qəzəbləndirəcək QƏRAR
31-05-2018 16:39
Baxış sayı:
1279

Danimarkanın parlament ictimai yerlərdə üzü bağlayan baş geyimlərinin istifadəsinin qadağan edilməsi ilə bağlı hökumətin təklifini dəstəkləyib.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli DR radiosu bildirib.
Radiostansiyanın məlumatına görə, qadağa 2018-ci il avqustun 1-dən qüvvəyə minəcək. Qadağanın pozulmasına görə 1 min kron (təxminən 160 dollar) cərimə nəzərdə tutulub.