Daşkəsəndə 21 yaşlı gəlin özünü asdı - BİR UŞAQ ANASI İDİ...
29-08-2019 22:07
Baxış sayı:
8402

Daşkəsəndə intihar hadisəsi baş verib.
Muxalifet.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Alünitdağ qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 1998-ci il təvəllüdlü Hüseynova Aysel yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil. A. Hüseynova bir uşaq anası olub.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.