Daun sindromlu namizəd: tarixə düşə bilər
27-05-2018 20:54
Baxış sayı:
2359

Belçikada payız ayında keçiriləcək bələdiyyə seçkilərdə 18 yaşlı daun sindromlu gənc də iştirak edəcək.
Muxalifet.az xəbər verir ki, Yaşıllar Partiyasının üzvü olan Tane Depuyt namizədliyini irəli sürüb. Əgər seçilsə, o, bələdiyyənin üzvü olan ilk daum sindromlu şəxs ünvanını qazanacaq.
Depuyt seçki kampaniyası üçün afişa, poster, internet saytını özü hazırlayıb və prosesə ciddi yanaşır.
Yaşıllar Partiyasından əlil arabasında olan və lal namizəd də seçkilərdə iştirak edəcək. Partiya bildirir ki, bu şəxsləri cəmiyyətə qazandırmaq istəyir.
Brugge məclisində 3 üzvə sahib Yaşıllar bu rəqəmi 5-ə qaldırmaq niyyətindədir.