​Debatdan dərhal sonra namizədi güllələdilər

Baxış sayı:
3766

Meksika Konqresinə keçirilən seçkilərdə Koauila ştatından namizəd Fernando Puron Pedras-Neqras şəhərində şənbə günü axşam saatlarında güllələnib.
Muxalifet.az RİA-ya istinadla xəbər verir ki, cinayətkarla Purona telekanaldakı debatdan dərhal sonra hücum ediblər. Sosial şəbəkələrdə yayılan videoda görünür ki, Puron onunla şəkil çəkdirmək istəyən qadının xahişi ilə dayanır, onlar birgə foto çəkdirmək istədikləri zaman qatil qoyuqqanlı tərzdə yaxınlaşır və namizədi güllələyərək aradan çıxır.
“Etellekt”in məlumatına görə, 1 iyulda keçiriləcək seçkilərlə bağlı indiyə qədər 112 siyasətçi və namizəd qətlə yetirilib. Ölənlərdən 28-i namizəd olmağa hazırlaşan, 14-ü isə artıq qeydiyyatdan keçmiş namizəd idi.