“Der Spiegel”: “ABŞ səfiri rəsmi Vaşinqtonla Almaniya arasındakı münasibətləri pozur”

ABŞ və Almaniya arasındakı münasibətlər yumşaq deyilsə, özünü ən yaxşı zamanlarını yaşamır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Almaniyanın siyasi-analitik jurnaı "Der Spiegel" yazıb.
Jurnalın mövzu ilə bağlı məqaləsində bu məsəldə ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrennelin “rolu” xüsusi vurğulanıb.
Yazıda hazırda Almaniya vətəndaşlarının 82%-nin ABŞ-a neqativ yanaşdığı, 42%-nin isə Çini əsas partnyor hesab etdikləri qeyd olunub.
“2018-ci ilin mayından etibarən səfir vəzifəsinə başladıqdan sonra Riçard Qrennelin işi yerli hakimiyyətlə münasibətləri korlamaq olub. Almaniya kansleri Angela Merkel bir dəfə də olsun onunla danışmayıb. Federal orqanlar isə səfirin davranışlarından dolayı onu görməzliyə vururlar. Belə ki, Riçard Qrennel Berlin-Vaşinqton dialoqunda önəmli rol oynayan “Atlantik körpüsü” adlı təşkilatla bütün kontaktları kəsib. Bundan başqa, səfir Qrennel öz hökumətinin mövqeyini olduqca sərt şəkildə çatdıraraq hökuməti açıq şəkildə tənqid və hətta təhdid etməkdən çəkinmir”,-deyə məqalədə göstərilir.
Yazıda həmçinin dünyanın iki iqtisadi nəhənginin bir çox məsələlər ətrafında dərin ziddiyyətlər yaşadığı vurğulanır.
Xüsusilə İranla nüvə anlaşması problemi Vaşinqtonla Berlini üz-üzə gətirib. 2018-ci ildə sazişdən çıxdığını bəyan edən ABŞ bununla əslində müttəfiqlərini pis vəziyyətə qoyub.
Bundan başqa, Tramp administrasiyasının ticarət rüsumları ilə bağlı siyasəti iqtisadi əlaqələrə zərbə endirib. Respublikaçı Ağ Ev administrasiyası hələ keçən ildən alüminiüm və metal məhsullarına əlavə rüsumlar tətbiq edib və bunu ABŞ-ın milli təhlükəsizliyini qorumaq niyyəti ilə əsasalndırıb. ABŞ prezidenti rüsumları ləğv etmək müqabilində Avropa Birliyinə yeni ticarət sazişi bağlamağı təkilf edir. Bu isə AB və ABŞ arasında tam sərbəst ticarət münasibətlərinin qurulmasınıı istəyən Almaniyanı qane etmir.
İki dövlət arasında “Şimal axını-2” layihəsi ətrafında isə tam uçurum müşahidə edilir. ABŞ Almaniyadan fərqli olaraq bu planı Avropanın müstəqilliyi və təhlükəsizliyinə böyük təhdid olaraq gözdən keçirir.
Səfir Riçard Qrennel isə hər yerdə uca səslə alman biznesini layihədə iştiraka görə sanksiyalarla hədələyir. Almaniyanın özündə onun hərəkətləri diplomatik kobudluq və özgə dövlətin işlərinə “burnunu soxma” kim qiymətlədiririlir.
NATO-nun maliyyələşməsi problemi əsas fikir ayrılıqlarından bir hesab olunur. ABŞ Avropa Birliyi ölkələrini müdafiəyə lazımı qədər vəsait ayırmamaqda ittiham edir. Rəsmi Vaşinqtonun fikrincə, Alyans dövltələri öz ÜDM-lərinin 2%-ni NATO büdcəsinə verməlidilər.
Almaniyanın müdafiə məsrəflərini artırmaqdan imtina etməsi səfir Riçard Qrennelin açıq tənqidinə səbəb olub. ABŞ diplomatı hətta rəsmi Berlini ABŞ qoşunlarının Almaniyadan çıxarılacağı ilə hədələyib. Federal hökumət isə onun söylədiklərini sadəcə eşitməzliyə qoymağa üstünlük verib.