DƏHŞƏT: 4 yaşlı qız uşağını… - Bir ailədən 5 nəfər EDAM OLUNDU
26-02-2018 22:05
Baxış sayı:
4942

Misirdə 4 yaşlı qız uşağını öldürməkdə ittiham olunan beş nəfər asılaraq edam edilib.
Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, asılan şəxslər bir ailənin üzvləridir.
Sözügedən şəxslər xərac üçün qaçırdığı uşağı öldürdüyü üçün 2013-cü ildə ölüm cəzasına məhkum edilmişdilər. Qərar 2017-ci ilin mart ayında Ali Məhkəmə tərəfindən təsdiqlənib.
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Ali Məhkəmənin hökmü ötən həftə prezident Əbdülfəttah əl-Sisi tərəfindən təsdiqlənmişdi.