DƏHŞƏT: Bizon 9 yaşlı uşağı havaya uçurdu - ANBAAN VİDEO
24-07-2019 12:18
Baxış sayı:
5392

ABŞ-ın "Yellowstone" parkında gəzən turistlərə bizon hücum edib, 9 yaşlı uşaq ağır yaralanıb. Muxalifet.az yeniavaz-a istinadən xəbər verir ki, ABŞ-da yerləşən "Yellowstone" parkında dəhşətli anlar yaşanıb. Heyvanları görmək üçün gələn 50 nəfərlik qrup 20 dəqiqə ərzində parkta bizonları izləyiblər. Bu vaxt tonlarca ağırlığındakı bizonlardan biri insanlara hücum edib. Turistlərin hərəsi bir tərəfə qaçarkən 9 yaşlı uşağı hədəf alan bizon onu buynuzlarına alıb havaya atıb. Məsul şəxslərin müdaxiləsi ilə uşaq hadisə yerindən qaçırdılaraq xəstəxanaya aparılıb.