Dəhşətli xəbərdarlıq: “B PLANI YOXDUR, MÜHARİBƏ OLACAQ”

Baxış sayı:
12514

Qətərin “Al-Jazeera” televiziyası, ABŞ-ın yeni İran strategiyası haqqında bir xəbər yayıb. "B planı yoxdur: ABŞ-ın İrandan yeni istəkləri müharibənin zəminini hazırlayır" başlıqlı xəbərdə, Yaxın Şərqdə müharibə ehtimalının artdığını yazıb.
 
“Al-Jazeera”, ABŞ-ın yeni İran strategiyasından sonra bu gün bir ekspertlərin danışdığı analiz xəbər yayıb. "B planı yoxdur: ABŞ-ın İrandan yeni istəkləri müharibənin zəminini hazırlayır" başlıqlı xəbərdə, çox ilginc açıqlamalar verilib.
 
MÜHARİBƏ EHTİMALI ARTIB
 
“Al Jazeera”ya danışan ekspertlər, yer üzündə ən çox sanksiyaya məruz qalmış ölkə olan İran üçün hazırlanan yeni strategiyanın, İrana 40 ildir tətbiq olunan və uğursuz olan siyasətinə qayıdışını və bunun Yaxın Şərqdə toqquşma ehtimalını artırdığını iddia ediblər.
 
“İRAN MÜQAVİLƏNİ POZUB, NÜVƏ PROQRAMA DAVAM EDƏCƏK”
 
Xəbərdə bundan başqa, Tehran universitetinin ən mühüm professorlarından Mohammad Marandinin dəyərləndirmələrinə də yer verilib. Marandi, İranın müqavilədən çəkiləcəyini bildirərək, Avropa rəsmilərinin müqaviləni qorumaq səylərinə İranın şübhə ilə yanaşdığını deyib. Professor, "İran daha sonra nüvə proqramını tam sürətdə davam etdirəcək və ABŞ hökumətinin davranışı tamamilə əks nəticə verəcək " deyib.
Dünən bir açıqlama edən İranın dini lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti, Avropanın İran ilə bağlanan müqaviləni davam etdirmək məsələsində ziddiyyətli davrandığını açıqlayıb.
Tehranda təşkil olunan bir mətbuat konfransında danışan Vilayəti, "Bəzi Avropa ölkələri bir tərəfdən İran nüvə razılaşmasına sadiq olduqlarını və İranla iqtisadi əlaqələrini inkişaf etdirmək istədiklərini, digər tərəfdən bu məsələdə ABŞ-a qarşı gəlməyin və İrana təminat verə bilməyəcəyini qeyd edir. Avropalı rəsmilərin ziddiyyətli açıqlamaları şübhəlidir" deyə, söyləyib.
 
ABŞ, İRANDA REJİMİ DƏYİŞDİRMƏK İSTƏYİR
 
“Al-Jazeera”-nin xəbərində, ABŞ-ın dövlət katibi Mayk Pompeonun İran barəsindəki açıqlamalarının Vaşinqtonun İran rejimini dəyişmək istədiyinin dəlili olduğu vurğulanıb.
“Reuters”-ə danışan bir İranlı rəsmisi də, Pompeonun sözlərinə cavab olaraq “ABŞ qanunsuz istəklərinə tabe olması və bunları qəbul etməsi üçün İrana təzyiq etmək istəyir. Pompeonun ifadələri, ABŞ-ın İrandakı rejimi dəyişməyə çalışdığını qəti olaraq sübut edir" deyə, bildirib.

Müxalifət.az