Diktatorla görüş hansı ölkədə olacaq - MARAQLI
16-03-2018 12:27
Baxış sayı:
3463

ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İn arasında görüşün may ayında İsveçdə keçirilməsi gözlənilir.
Muxalifət.az xarici mediaya istinadla xəbər verir ki, bu məqsədlə Şimali Koreya Xarici İşlər naziri Ri Yonq-ho İsveçə rəsmi səfərə gəlib.
Onun isveçlı həmkarı Marqot Valstromla görüşü gözlənilir. Görüş zamanı Tramp-Kim Çen görüşü ilə bağlı müzakirələr aparılacaq.