DİQQƏT: "Wi-Fi"la şəxsi görüntülərinizi izləyə bilərlər - FOTO
6-06-2018 16:05
Baxış sayı:
5809

Şimali Karolina ştatında yaşayan Jamie Summit adlı qadın aldığı "baby monitor" (uşağa nəzarət monitoru) cihazının hak olunduğunu iddia edib.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, qadın iddia edir ki, Wi-Fi vasitəsi ilə işləyən cihazdan şəxsi görüntüləri oğurlanıb. Belə ki, qadın 3 yaşlı oğlunu əmizdirərkən qeydə alınan görüntülər cihazdan ələ keçirilib.
ABC-yə açıqlama verən 24 yaşlı Jamie bildirib ki, uşaq yatarkən cihazın özünün hərəkət etməsi onları şübhələndirib.
Qeyd edək ki, "Fredi" firmasından olan cihaz 40 dollara onlayn saytlarda satılır.