​Dəmirdaşın namizədliyinin ləğvi ilə bağlı müraciət edildi və...

Baxış sayı:
4630

Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirdaşın namizədliyinin ləğvi ilə bağlı müraciətə baxılıb.
Muxalifet.az xəbər verir ki, Milli Müdafiə Nazirliyinin keçmiş baş katibi Ümid Yalım Ali Seçki Qurumuna müraciət edib.
Yalım Dəmirdaşın Qəndil dağında PKK-çı terrorçu ilə fotosunu ASQ-yə müraciəti ilə bərabər göndərib və onun namizədliyinin ləğvini tələb edib, ancaq müraciəti rədd edilib.
Qeyd edək ki, 1 il yarımdır Ədirnə həbsxanasında yatan Dəmirdaş prezident seçkilərində namizədliyini irəli sürüb.