DTX-nın həbs etdiyi şəxs “Qarabağ”ın baş məşqçisinin qardaşıdır
15-03-2018 12:09
Baxış sayı:
3370

Vahib Xudadatov Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməkdə ittiham olunur
“Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşı Vahib Xudadatov həbs olunub.
Apasport.az saytının məlumatına görə, o, cinayət məsuliyyətinə cəlb edilib.
Səbəb Xudadatovun vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqədə olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsidi.