Dünya iqtisadiyyatına əsas təhdid ABŞ və Çindir - BVF
29-06-2019 19:51
Baxış sayı:
4054

Dünyanın ümumdaxili məhsulunun artımı üçün başlıca təhdid ABŞ və Çin arasında ticarət problemləri və rüsum məsələləridir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard deyib.
“Qlobal iqtisadiyyat düz yolda deyil. İnvestisiyalar zəifləyib, ticarət azalıb, ixracat və idxalat artım templəri böyük maliyyə böhranından sonra ən aşağı səviyyədədir. Bununla belə BVF gələcəkdə artımın güclənməsini gözləyir. Proqnozlaşdırılan risklər isə yüksək olaraq qalır”, - deyə o bildirib.