Dünyanı idarə edənlərin 4 günlük sirr yığıncağının gündəmi bəlli oldu

Bu il İsveçrənin Montro şəhərində toplanan, qlobal məsələlərə bağlı gizli gündəliyi ilə bilinən və "Dünyanı idarə edən gizli hökumət" deyilən Bilderberg Qrupunun bu ilki yığıncağı dörd günlük müzakirədən sonra başa çatıb. Yığıncaqla bağlı mediaya təqdim edilən gündəmdə Çin, Rusiya, Avropa, Brexit, süni zəka, kosmosun əhəmiyyəti və siber təhdidlər kimi başlıqlarla yanaşı, "Kapitalizmin gələcəyi"nin müzakirə olunacağı ifadə edilmişdi. Bu gizli yığıncaqlara ABŞ prezidenti Donald Trmpın kürəkəni və baş məsləhətçisi Jared Kuşner və ABŞ Xarici İşlər naziri Mayk Pompeonun qatılması, "həqiqi gündəm Orta Şərq idimi" sualını ortaya çıxarıb. Pompeo və Kuşner son dövrdə İran və Fələstin məsələsində ABŞ siyasətini icra edən şəxslərin başında gəlir. FƏLƏSTİN VƏ İRAN Kuşnerin Ramazan ayından sonra Fələstin dövlətini ortadan qaldıracaq, sözdə "Əsrin Müqaviləsi" planını açıqlaması gözlənilir. Kuşnerin söz mövzusu planla əlaqədar detalları Bilderbergdə açıqlayıb açıqlamadığı bilinmir. Yığıncaq iştirakçılarının siyahısında olmayan Pompeonun isə şənbə günü sürpriz bir şəkildə Montroya gəlməsi "İrana yönəlik təzyiq siyasəti masada müzakirə olundumu" sualına səbəb olub. Yığıncağın digər iştirakçıları arasında Trampın ağıl hocası olan Henry Kissincer və NATO baş katibi Jens Stoltenberg kimi şəxslər də yer alıb. Müxalifət.az