Dünyanın gözlədiyi TARİX VƏ SAAT BƏLLİ OLDU

Baxış sayı:
3142

Ağ Ev, ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Jong arasındakı ilk görüşün iyunun 12-də yerli vaxtla saat 09.00-da Sinqapurda baş tutacağını açıqlayıb.
 
Ağ Evin sözçüsü Sarah Sanders, ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Yong arasında ilk görüşün iyunun 12-də Sinqapurda yerli vaxtla 09.00-da reallaşacağını bildirib.
Sanders, Ağ Evdəki gündəlik mətbuat brifinqində Tramp-Kim sammitinə dair açıqlama verib.
Görüşlə bağlı hazırlıqların çox yaxşı şəkildə davam etdiyini qeyd edən Sanders, "Prezident hər gün milli təhlükəsizlik qrupundan Şimali Koreya ilə bağlı gündəlik məlumatları alır. Bu çərçivədə (Trump ilə Kim arasındakı) ilk görüşün iyunun 12-də Sinqapurda yerli vaxtla 09.00-da başlayacağını deyə bilərik" deyə, bildirib.
Trampın Kim Yong-dan aldığı məktuba dair sualı da cavablandıran Sanders, məktubun məzmununa müdaxil olmayacağını, ancaq məktubda oxuduqları ifadələrin "doğru yolda olduqlarını göstərdiyini" qeyd edib.
Sanders, ABŞ-ın Şimali Koreya üzərindəki maksimum təzyiq kampaniyasını davam etdirib, etdirməyəcəyi ilə bağlı suala isə, “Koreya Yarımadası nüvədən təmizlənənə qədər bu ölkə üzərindəki sanksiyaların  qalacağını vurğulayıb”.
Müxalifət.az